Kanada Səudiyyə Ərəbistanına arpa və buğda  satmayacaq

Kanada Səudiyyə Ərəbistanına arpa və buğda satmayacaq

Səudiyyə Ərəbistan  Kanada ilə yaşanan diplomatik gərginliyin ardından bu ölkədən arpa və buğda idxalatını  dayandırıb. 
 
Maide.Az xəbər verir ki, “Reuters” məlumatına görə,  Səudiyyə Ərəbistanın  Taxıl işəri üzrə Təşkilatı (SAGO) “Kanadadan arpa və buğda satın alınmasını durduracağıq” açıqlamasını verib. 
 
Açıqlamada deyilir ki,  7 avqust 2018-ci ildən  etibarən  Kanada mənşəli buğda və arpa idxalatını qəbul etməyəcəyik ifadəsi yer alıb. 
 
Kanada hökumət statistikasına əsasən,  Səudiyyə Ərəbistan  2017-ci ildə  bu ölkədən 66 min ton buğda, 132 min ton arpa idxal edib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Kanada arasında münasibətlər Krallıqda bəzi fəalların həbsinə Ottavanın etirazından sonra gərginləşib.
 
Krallıq Kanada səfirini “arzuolunmaz şəxs” elan edərək ona ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.
 
Səudiyyə Ərəbistanı, həmçinin, Kanada ilə bütün ticarət əlaqələrini kəsdiyini də elan edib.
 
Bloombergin məlumatına görə, Səudiyyə Ərəbistan 2006-cı ildən  Kanadada 6 milyard dollar dəyərində sərmayə yatırıb. 
 

Google+ WhatsApp ok.ru