Kanadada bu yağların istifadəsi, satışı və idxalına qadağa qoyuldu - SƏBƏB

Kanadada bu yağların istifadəsi, satışı və idxalına qadağa qoyuldu - SƏBƏB

Kanada Səhiyyə Nazirliyi, hidrogenə edilmiş süni trans yağların istifadəsinə rəsmən qadağa qoydu.
 
Maide.Az "dunyabulteni"ə istinadla xəbər verir ki, Kanada səhiyyə naziri Ginette Petitpas Taylor, bu qadağanın ölkədə istehsal olunan qida maddələri ilə yanaşı idxal olunan qidalara da aid olduğunu bildirib. 
 
Bu qərarın, Kanadada əsas ölüm səbəblərindən olan ürək xəstəliyi riskini azaltmağa kömək edəcəyini vurğulayan G.P.Taylor qeyd edib ki, trans yağlar, ürək xəstəliyində bir risk faktoru olan qanda pis xolesterol səviyyəsini (aşağı sıxlıqlı lipoprotein- HDL) yüksəldərkən, ürək xəstəliklərinə qarşı qoruyan yaxşı xolestrolun (yüksək sıxlıqlı lipoprotein-LDL) qan səviyyəsini də azaldır. Səhiyyə Naziri olaraq Kanadada ölümlərin əsas səbəblərindən biri olan ürək xəstəliklərindəki yüksəlişlə çox maraqlanıram. Verdiyimiz bu qərarın Kanadalıları bu yağların səbəb olduğu xronik xəstəliklərdən qoruyacağına inanıram.
 
Kanada Səhiyyə Nazirliyi süni trans yağların işlədildiyi qidaların satışdan çıxarılması üçün istehsalçı firmalara 2 il vaxt verilib.
 
Firmalar bu zaman ərzində hidrogenə edilmiş süni trans yağları tədarük siyahısından çıxaracaq.
 
Təbii olmayıb tamamilə sintetik olan süni trans yağlar duru bitki yağlarının hidrogen ilə isidilməsi nəticəsində əldə edilir.
 
Ucuz olduğu üçün bəzi istehsalçı firmalar tərəfindən üstünlük verilən bu yağlar xüsusilə də erkən ölümlərdə əsas amil olaraq göstərilir.
 
Trans yağ infarkt, insult, cinsi zəiflik kimi xəstəliklərə səbəb olur.

Google+ WhatsApp ok.ru