Kanadada külək 200 evi işıqsız qoydu

Kanadada külək 200 evi işıqsız qoydu

-- küləyin sürəti saatda 110 kilometrə çatıb

Kanadanın Ontario vilayətində güclü külək fəsadlara yol açıb.
 
Trend-in məlumatına görə, küləyin sürəti saatda 110 kilometrə çatıb.
 
Güclü külək nəticəsində 1 nəfər dünyasını dəyişib. Yerli polisin verdiyi məlumata görə, onun üzərinə ağac düşüb.
 
Güclü külək şəhərdə elektrik verilişində də problemlər yaradıb, 200 ev işıqsız qalıb.
 
Toronto aeroportu işini davam etdirsə də, qeyri-sabit hava şərati səbəbindən bəzi reyslərin təxirə salındığı bildirilir.
 

Google+ WhatsApp ok.ru