Kanadada müsəlman qəbiristanlığı üçün referendum keçirildi

Kanadada müsəlman qəbiristanlığı üçün referendum keçirildi

Kanadanın Kvebek ştatının Sent-Apollinar şəhərində müsəlmanlara məxsus qəbiristanlığın salınması üçün keçirilən referendumun nəticələrindən "xeyr" qərarı çıxıb.
 
Sent-Apollinar şəhərində keçirilən referenduma qəbiristanlıq üçün tələb edilən ərazinin ətrafında yaşayan və səsvermə hüququna malik olub qeydiyyatdan keçən 46 nəfərdən 36-sı iştirak edib.
 
Səsvermə nəticəsində müsəlmanların qəbiristanlıq tələbinə 16 nəfər lehinə səs versə də, 19 nəfər əleyhinə çıxması nəticəsində tələb rədd edilib.
 
Kvebek İslam Mədəniyyət Mərkəzinin sədri Məhəmməd Labidi, referendumdan sonra verdiyi açılamasında, böyük bir məyyusluq keçirdiklərini bildirib: “Yox hesab olunduğumuzu hiss edirik. Sent-Apollinar şəhərindəki bu aksiya, birlikdə yaşamaq şüarlarına qarşıdır”. Labidi şəhərə yaxın bir yerdə qəbiristanlıq üçün yer axtarışlarına davam edəcəklərini söyləyib.
 
Sent-Apollinar şəhərindəki qəbiristanlıq tələbi Kvebek İslam Mədəniyyət Mərkəzinin məscid rəhbərliyi tərəfindən edilmişdi. Yanvar ayında bu məscidə qarşı təşkil olunan terror hücumunda həlak olan 6 müsəlmandan birinin cənazəsi, 267 kilometr uzaqlıqdakı Laval şəhərində yerləşən müsəlman qəbiristanlığına göndərilmişdi.
 
Kvebek şəhərində bir müsəlman qəbiristanlığının olmaması səbəbindən, şəhərə yaxın yerdə qəbiristanlıq üçün yer araşdıran məscid rəhbərliyi, Kvebek şəhərinin 35 kilometr cənub-qərbində 6400 nəfərin yaşadığı Sent-Apollinar şəhərində 5,5 hektar ərazi üçün 215 min dollar ödəmişdir. (deyerler) /

Google+ WhatsApp ok.ru