Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb

Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb

Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, küləyin sürəti bəzi yerlərdə 120 km/s-a çatır (33 m/s).
 
 Hydro One regional elektrik şəbəkə şirkəti bildirib ki, qəza briqadaları şəbəkələrdə baş verən problemləri arada qaldırır. İşlərin yekunlaşma müddəti dəqiqləşdirilmir.
 
Bundan başqa KİV-lər təbii fəlakət nəticəsində bir çox evə, reklam konstruksiyalarına, ziyanın dəydiyini qeyd edir. Xəsarət alan barədə məlumat yoxdur.
 

Google+ WhatsApp ok.ru