Kanadada dövlət işçilərinə hicab qadağan edilib

Kanadada dövlət işçilərinə hicab qadağan edilib

Kanada müslmanları bu addımı pisləyib və onu dini və irqi ayrıseçkilik adlandırıb

Kanadanın Kvebek əyalət məclisi hakimiyyət orqanlarında iş yerində dini simvolları qadağan edən qanunu qəbul edib. 
 
Maide.Az “islam.ru”a istinadla xəbər verir ki, sosial mediada səs-küyə səbəb olan bu qanun əyalət məclisinin "21-ci qanun layihəsi" çərçivəsində 73 müvafiq və 35 müxalif səslə təsdiq edilib.
 
Bu qanuna əsasən dövlət işçiləri, o cümlədən müəllimlər, hakimlər, polis zabitləri üzərlərində dini simvollar gəzdirə bilməzlər. Əlbəttə bu qanun yeni işə götürülmüş (28  Mart 2019-cu il tarixindən sonra) dövlət işçilərinə şamil olacaq və qanundan öncə xidmətə alınmış işçilərə aid deyil. Həmçinin qanunun təsdiqindən öncə işə götürülmüş dövlət işçiləri vəzifələrinin yüksəldilməsi üçün bu qanuna əməl etməlidirlər.
 
Kanadanın müsəlmanlar birliyi Kvebek əyalət məclisinin atdığı bu addımı pisləyib və məhkəmənin qərarını dini və irqi ayrıseçkilik, islamofobiyanın genişləndirilməsi və ədalətsizlik adlandırıb.
 

Google+ WhatsApp ok.ru