Kanadada İmam Hüseynə (ə) əzadarlıq məclisi

“İmam Hüseyn (ə)”-ə həsr olunan matəm günlərinin və Məhərrəmlik ayının ilk ongünlüyünün başlaması münasibətilə, Kanadada fəaliyyət göstərən “İmam Hüseyn (ə)” adına İslam Mərkəzində Hüseyn (ə) aşiqləri və onu sevənlərin iştirakı ilə əzadarlıq mərasimi keçiriləcək. 

Maide.az xəbər verir ki, Kanadada fəaliyyət göstərən “İmam Hüseyn (ə)” adına İslam Mərkəzi bildirib ki, şəhidlər sərvəri Hz. İmam Hüseynə (ə) həsr olunan matəm mərasimi ərəb və ingilis dillərində olacaq.
Əzadarlıq məclisləri Aşura və Ərbəin günlərində hər il Kanadanın müxtəlif şəhərlərində İraq, Livan, Suriya, Əfqanıstan və İrandan olan müsəlmanların iştirakı ilə keçirilir.  /
 

Google+ WhatsApp ok.ru