Kanadada müsəlmanlara qarşı nifrət cinayətində artım qeydə alınıb

Kanadada müsəlmanlara qarşı nifrət cinayətində artım qeydə alınıb

Kanadada müsəlmanlara qarşı törədilən nifrət cinayətlərində 60% artım qeyd alınıb.
 
Kanadanın Statsca rəsmi statistika idarəsi "Polisə bildirilən nifrət cinayətləri" başlıqlı son məlumatlarına görə, 2015-ci ildə müsəlmanların üzləşdiyi nifrət cinayəti hücumları bir il əvvəl ilə müqayisədə 60% artıb.
 
Qurumun hesabatına görə, 2014-cü ildə polis tərəfindən qeydə alınan nifrət cinayətinin sayı 99 idisə, 2015-ci ildə bu say 159 olmuşdur.
 
Hesabata görə, həmin dövrdə yəhudilərə qarşı da 213 nifrət cinayəti törədilib. Bu rəqəmin 2014-cü ildə 178 olduğu bildirilib. Hesabatda dini mənşəli nifrət cinayətlərində xristian inancında olanların da hücuma məruz qaldığı qeyd olunub. Bu kateqoriyada isə 2014-cü ildə katolik xristianlara qarşı olan nifrət cinayəti hücumu 35 idisə, 2015-ci ildə bu 55-ə yüksəlib.
 
Hesabatdan sonra açıqlama verən Kanada dövlət təhlükəsizlik naziri Ralf Qadal hökumətin irqçiliklə mübarizə aparmaq, etnik və ya dini icmaların təhlükə altındakı binalarını qorumaq üçün çalışdıqlarını deyib.
 
Kanada Müsəlmanları Milli Şurasının sədr müavini Xalid Əlqazzar da 2015-ci ili müsəlman kanadalılar üçün "ağır bir il" kimi səciyyələndirib. (deyerler) /

Google+ WhatsApp ok.ru