Kanadada Qurani-Kərim və azan yarışması keçiriləcək

Kanadada Qurani-Kərim və azan yarışması keçiriləcək

-- ilk dəfə

Kanadanın Vankuver vilayətinin Sari şəhərində ilk dəfə Quran və azan yarışması keçiriləcək. 
 
Maide.az “İQNA”ya istinadən xəbər verir ki, yarışma aprelin 21-də şəhərdəki ən böyük məsciddə baş tutacaq.
 
Bundan başqa, həmin şəhərdə mayda “Quran: hidayət kitabı” adlı seminarın keçirilməsi də nəzərdə tutulub.
 
Qeyd edək ki, yarışma şəhərdə yaşayan müsəlmanların istəyi ilə təşkil ediləcək.
 
Xatırladaq ki, 2001-ci il statistik hesabatına görə, Kanadada 579 min 640 nəfər müsəlman yaşayır. Bu isə ölkə əhalisinin 2 faizindən azı deməkdir.
 
Bu hesabata görə, Kanadada təqribən 50 məscid vardır ki, bunların hamısı İslam Mərkəzi və Quran təlimləri məkanı adı ilə tanınır. Hazırda isə Kanadada ən azı əlli İslam cəmiyyəti və birliyi dini sahədə mədəni maarifləndirmə işi ilə məşğuldur.
 

 

Google+ WhatsApp ok.ru