Kanadada sürücü maşını piyadaların üstünə sürdü

Kanadada sürücü maşını piyadaların üstünə sürdü

-- 10 ölü, 15 yaralı

Kanadanın Toronto şəhərində sürücünun mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 15 nəfər yaralanıb.
 
Maide.Az xəbər verir ki, bu barədə CTV telekanalı yerli polis rəhbəri Mark Saundersə istinadən məlumat verib.
 
Onun sözlərinə görə, sürücü maşını qəsdən insanların üstünə sürüb, lakin hazırda insidenti terror aktı adlandırmaq üçün dəlillər yoxdur. Bundan əvvəl 9 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilirdi.
 
Aprelin 23-də Kanadanın Toronto şəhərində 25 yaşlı Alek Minassyan avtomobili səkiyə çıxararaq piyadaların üstünə sürüb. Hadisənin motivləri müəyyənləşdirilir.
 

Google+ WhatsApp ok.ru