Kanada geri addım atmır: “Üzr istəməyəcəyik” 09 Avqust 2018 01:00 Dünya Kanada baş naziri Castin Trüdo Səudiyyə Ərəbistanı ilə yaşanan diplomatik gərginliklə bağlı danışıb. Maide.Az Habertürk-ə istinadən xəbər verir ki, Trüdo Kanada xarici işlər naziri Kristia Frilandın paylaşdığı tvitlə bağlı üzr istəməyəcəklərini bildirib: “Kanada ilə diplomatik danışıqlar davam edəcək. Lakin, Səudiyyə Ərəbistanının ötən həftə bir neçə sosial aktivisti həbs etməsiylə bağlı Kanada adından edilən tənqidlərlə bağlı geri addım atılmayacaq. Nazir Frilandın söylədiyi və bizim də təkarladığımız kimi, Kanada hər zaman özəl və ictimai sahədə insan haqları ilə bağlı açıq şəkildə danışmağa davam edəcək”. S.Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr isə həbs edilən şəxslərin insan haqları ilə bağlı olmadığını bildirib: “Məsələ dövlətin təhlükəsizliyi ilə bağlıdır. Onlar gizli məlumatların düşmənlərə ötürülməsində ittiham edilirlər. Onların bəzilərinin ifadəsi davam edir, bəziləri isə artıq sərbəst buraxılıb. Bütün fikirlərə hörmət edirik. Lakin, diktə edilməsini və ölkəmizin daxili işlərinə qarışmağı qəbul etməyəcəyik”. Xatırladaq ki, Kristia Frilandın Ər-Riyadda Kanada vətəndaşı blogger Raif Bədəvi ilə onu ziyarətə gələn bacısı Samar Bədəvinin dərhal sərbəst buraxılmasını tələb etmişdi. Bu açıqlamadan sonra isə Səudiyyə Ərəbistanı Kanada ilə bütün ticarət əlaqələrini dayandırdığını açıqlamış, Kanadanın Ər-Riyaddakı səfirinin 24 saat içində ölkəni tərk etməsini tələb etmişdi. Teqlər : #Kanada geri addım atmır: Üzr istəməyəcəyik, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cənubi Koreyada istilər 42 nəfərin həyatına son qoydu `Taliban` Əfqanıstanın mərkəzindəki Qəzni şəhərinə hücum edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO