Kanadalı etirazçılar Səud rejimi ilə silah müqaviləsinin ləğvini tələb etdilər

Kanadanın paytaxtı Ottavada yüzlərlə etirazçı Səudiyyə Ərəbistana silah satışı üzrə 15 milyard dollarlıq müqavilənin ləğv edilməsini istəyib.
Maide.az xəbər verir ki, sayları 500 nəfərdən çox olan  etirazçılar Səudiyyə rejimi  səfirliyinin yaxınlığında yerləşən parlamentin binası qarşısına toplaşıb və iki ölkə arasında silah satışı üzrə müqavilənin ləğv edilməsi və Ərəbistanın bu hərəkətinin pislənilməsini tələb ediblər.
Kanada və Ərəbistan arasında zirehli nəqliyyat vasitələri və silah təminatı üzrə müqavilə 2013 və 2014-cü illərdə imzalanıb. Onun dəyəri 15 milyard dollardan çox olub. Bunun isə Kanadanın silah satışı üzrə müqavilələrində analoqu yoxdur.
Səudiyyə Ərəbistanı rejimi ötən şənbə günü  bu ölkənin şiələrinin rəhbəri Şeyx Nimr Baqir əl-Nimri şəhid edib.
Kanada hökuməti Ərəbistandakı edamları hadisədən bir gün sonra pisləməsinə baxmayaraq, imzaladığı müqaviləni reallaşdırmaq niyyətindədir./
 

Google+ WhatsApp ok.ru