Kanada müsəlmanları mədəniyyət və sənət festivalı keçirəcək

Kanada müsəlmanları mədəniyyət və sənət festivalı keçirəcək

30 avqustda Kanadanın Ontario ştatının Mississauqa şəhərində Müsəlman Mədəniyyət və Sənət Festivalı keçiriləcək.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, 16-cı dəfə keçiriləcək illik festivalda ABŞ, Tunis, İraq, İtaliya, İngiltərə və Suriyadan sənətçilər iştirak edəcəklər.
 
Festivalda Çin hökuməti tərəfindən təzyiqlərə məruz qalan Uyğur müsəlmanlarının  mədəniyyəti, musiqisi və mətbəxini təbliğinə xüsusi diqqət ayrılacaq.
 
Bundan başqa, Kanadada inşa edilən bir məscid haqqında sənədli film də nümayiş etdiriləcək. Mədəniyyət bazarının təqdimatı və uşaqlar üçün karnalların da keçirilməsi nəzərdə tutulub.
 
Festival 1 sentyabrda başa çatacaq. 

Google+ WhatsApp ok.ru