Kanadanın Edmonton şəhərində üzərində Quran ayələri yazılmış bilbordlar

Kanadanın Edmonton şəhərində üzərində Quran ayələri yazılmış bilbordlar

Kanada, Alberta əyaləti, Edmonton şəhərinin müsəlman xanımları şəhərin müxtəlif yerlərində üzərində Quran ayələri yazılmış bilbordlar quraşdırıblar. 
 
Maide.Az xəbər verir ki, onlar bununla insanların düşüncəsində İslam barədə yaranmış yalnış təsəvvürlərlə mübarizə apardıqlarını bildiriblər. 
 
Şimali Amerika İslami Təşkilatın (İCNA) Qadınlar bölməsi Edmonton şəhərinin müxtəlif yerlərində üzərində Quran ayələri yazılmış lövhələri yerləşdirməklə vətəndaşları öz müsəlman qonşularının görüşünə getməyə təşviq edirlər. “Biz müsəlmanlarla görüş keçirin, öz sualınızı birbaşa bizim özümüzdən soruşun ki, sizin suallarınıza və nifrətə bulaşmış yalnış təsəvvürlərinizə doğru cavabı verək.”
 
Müsəlman xanımların şəhərin müxtəlif küçələrində üzərində Quran ayələri yazılan lövhələrin quraşdırmasına əsas səbəb isə Kanadanın Edmonton şəhərində insanlar arasında islamofob və müsəlmanlar əleyhinə yazıları ehtiva edən dəftərçələrin paylanması olmuşdur.
 
Bu lövhələrin üzərinə "bir insanın xilası bütün bəşəriyyətinin xilasıdır" və "hər bir zorakılıq məhkum edilir" kimi şüarlar Quran-Kərimin mübarək "Maidə" (süfrə) surəsinin 32-ci ayəsinin məfhumuna əsaslanaraq yazılıb.
 
Həmçinin bu lövhələrdə vətəndaşlara elan verilib ki, İslam barəsindən daha çox məlumat əldə etmək və yaxından tanış olmaq istəyənlər və pulsuz olaraq Quran nüsxələri əldə etmək istəyənlər "Şimali Amerika İslam Təşkilatı" (İCNA) ilə əlaqə saxlasınlar. (iqna)
 
 
 

 

Google+ WhatsApp ok.ru