Kanadanın Kvebek şəhərində ilk müsəlman qəbristanlığının tikintisinə icazə verilib

Kanadanın Kvebek şəhərində ilk müsəlman qəbristanlığının tikintisinə icazə verilib

Kanadanın Kvebek şəhərində müsəlmanlar üçün ilk qəbristanlıqla bağlı lazimi lisenziya verildi. 
 
Maide.Az xəbər verir ki, ötən gün Kvebek şəhər meri keçirdiyi mətbuat konfransında bildirib ki, bu şəhərdə yaşayan müsəlmanlar şəhərin came məscidinin yaxınlığında torpaq sahəsi alaraq özləri üçün qəbristanlıq tikə bilər. 
 
Kvebek şəhər müsəlmanları artıq 20 ildir ki, müsəlmanlara məxsus qəbristanlığın tikilməsi ilə bağlı şəhər meriyasına müraciət etmşidir. Bu müddət ərzində dəfələrlə onların bu istəyinə qarşı çıxılmışdır. 
 
Qəbristanlıq üçün alınması nəzərdə tutulan torpaq sahəsi ümumilikdə 5700 kvadrat kilometrdir. Onu almaq üçün 270 min dollar vəsait ödəniləcək. (iqna) /
 

Google+ WhatsApp ok.ru