Karantin günlərində hansı hallarda SMS-məlumatın göndərilməsi tələb olunmur? - QƏRAR 19 İyun 2020 17:17 Ölkə Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS-məlumatın göndərilməsi tələb olunmur. Maide.Az xəbər verir ki, bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS -məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Teqlər : #Karantin,#günlərində,#hansı,#hallarda,#SMSməlumatın,#göndərilməsi,#tələb,#olunmur?,#QƏRAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı açıqlanıb Bu hallarda SMS icazə ilə evdən 2 saatlıq çıxmaq olar - SİYAHI