Kariblərdə İrma qasırğası: iki ada yerlə yeksan olub

Kariblərdə İrma qasırğası: iki ada yerlə yeksan olub

İrma qasırğası Karib hövzəsində binaları xarabalıqlara çevirməklə və azı on nəfərin ölümünə səbəb olmaqla genişmiqyaslı dağıntılara səbəb olub.
 
Barbuda adasının hazırda "yaşayışa az yararlı" olduğu deyilir. Rəsmilər Fransaya aid St Martin adasının tamamilə dağıldığını deyirlər.
 
Ən yüksək kateqoriya ilə qiymətləndirilmiş İrma Puerto-Rico-nun şimalından Dominikan Respublikasının şimalına keçib və Turks və Caicos adalarına tərəf gedir.
 
Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur və sürəti saatda 285 kilometrə çatıb.
 
Dəymiş zərərin miqyası fövqəladədir və ölüm sayının artacağı da deyilir.
 
 
Bu arada, başqa iki tufan da qasırğaya çevriləcək qədər gücləndirib.
 
Qasırğa, güclü leysan və külək yaratdığından adanın üç milyon əhalisinin yarıdan çoxu enerjisiz qalıb. Rəsmiləri bildiriblər ki, bir neçə gün işıq olmaya bilər.
 
Qasırğa ilk olaraq Antigua və Barbudaadalarını vurub. Barbuda-da bir uşaq ölüb, evlərin 95 faizi zərər görüb, baş nazir Gaston Browne deyib.
 
 
"Ada demək olar ki, suyun altındadır", o, 1600 nəfərin yaşadığı adanın üzərindən uçarkən bildirib.
 
80 min nəfərin yaşadığı Antigua-da isə ölüm-itim halı olmayıb, rəsmilər qeyd edirlər.
 
Məlumata görə, St Martin və Saint Barthélemy ərazilərində azı 6 nəfər ölüb.(bbc)
 

 

Google+ WhatsApp ok.ru