`Kasperski laboratoriyası` bütün dünya üzrə pulsuz antivirus buraxır

`Kasperski laboratoriyası` bütün dünya üzrə pulsuz antivirus buraxır

Rusiyanın "Kasperski laboratoriyası" dünya üzrə istifadəsi mümkün olan "Kaspersky Free" pulsuz antivirusunun buraxılacağını elan edib. Bu barədə şirkətin baş direktoru Yevgeni Kasperski açıqlama verib.
 
Şirkətin saytında bildirilir ki, pulsuz antivirus digər pullu versiyalarla rəqabətə girməyəcək. Yevgeni Kasperski deyib ki, bir çox istifadəçinin pulu olmadığı üçün antivirusun saxta forması və Microsoft Windows Defenderə müraciət edirlər. Yeni "Kaspersky Free" antivirusu istifadəçilərin əksəriyyətinin müdafiəsini təşkil edəcək. 
 
Qeyd edək ki, "Kasperski laboratoriyası" pulsuz antivurusu 2016-ci ildə Rusiya, Ukrayna, Belarus, o cümlədən Çin,Danimarka, Norveç, Finlandiya və İsveçdə uğurla sınaqdan keçirilib. (FaktXəbər)
 

Google+ WhatsApp ok.ru