Kataloniya İspaniyadan ayrılmaq üçün referendum yolunda

İspaniyanın Kataloniya regionunun prezidenti Artur Mas noyabrın 9-da müstəqillik referendumu keçirməyə çağıran sərəncam imzalayıb. Buna reaksiya verən İspaniya hökuməti isə bildirib ki, Kataloniyanın referendum keçirməsinə icazə verilməyəcək.
İspaniya baş nazirinin müavini Soraya Saenz de Santamaria sentyabrın 27-də deyib ki, heç kəs “bütün ispanların milli iradəsindən üstün deyil” və belə bir referendumu “qeyri-konstitusion” adlandırıb.
Saenz de Santamaria söyləyib ki, hökumət bir neçə günə fövqəladə toplantı keçirəcək və referendum məsələsi İspaniya Konstitusiya Məhkəməsinə çıxarılacaq.
Son illər iqtisadi baxımdan güclü olan Kataloniyada azadlıq tərəfdarları çoxalıb. Onlar regionun daha yaxşı maliyyə və siyasi münasibətə layiq olduğunu deyirlər.azadliq/

 

Google+ WhatsApp ok.ru