KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ!

KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ!

İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıqlarının artması gerçəklikdir. Əksəriyyət bu iddianı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan cəmiyyətdən ayrılmışlar. Onların ailələri əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür.

Müxtəlif büdcələrdən ruhi xəstələrin saxlanması və müalicəsi üçün ayrılmış vəsaitlərin həcmi insanı heyrətə gətirir. Bu sahədə mütəxəssislərə olan ehtiyac da çox böyükdür. Hazırda bu sahədə çalışan mütəxəssislər uyğun ehtiyacın yalnız on faizini təşkil edir. Əgər Amerikadakı bütün həkimlər, psixoloqlar, ictimai fəallar, qəyyumlar bu işə qoşularsa, yenə də ehtiyac ödənməz. 

İnsanın şəxsiyyəti onun uşaqlıq dövrü yaşamalarının siri altındadır, demək, şəxsiyyət həmin dövrdən başlayaraq nəzarətə alınmalıdır. Əksər mütəxəssislər bu məsələni qəbul etsələr , valideynlərə kömək üçün çox az çalışırlar. Son onilliklər ərzində gigiyena sanitariya sahələrində böyük tərəqqi müşahidə edilmişdir. Hamilə qadınların sağlamlığına nəzarət cəmiyyətdə adi hal almışdır. Uşaqlara düzgün nəzarət, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndlər, dövri şəkildə təşkil olunan müayinələr günün zərurətlərinə çevrilmişdir. Artıq hamıya aydındır ki, uşaq yaşlarında xəstəliyin qarşısını almaq onu tam müalicə etmək daha asan olur.

Google+ WhatsApp