Kazan Beynəlxalq Müsəlman Film Festivalında 61 ölkədən 700-dən çox film iştirak edəcək

Kazan Beynəlxalq Müsəlman Film Festivalında 61 ölkədən 700-dən çox film iştirak edəcək

Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanda  keçiriləcək Beynəlxalq Müsəlman Film Festivalında dünya ölkələrinin üçdə biri qatılacaq.  
 
Maide.İnfo “İslam-today.ru”-a istinadən xəbər verir ki, Rusiya və dünya ictimaiyyətinin müsəlmanlar və İslam haqqında düzgün məlumatlandırılması və obyektiv fikir sahibi ola bilməsi məqsədilə həyata keçirilən festivalda bu il 61 ölkədən o cümlədən Azərbaycan, Albaniya, Əlcəzair, Bosniya  və Herseqovina, Banqladeş, Tacikistan, Rusiya, Yaponiya, ABŞ, Kanada,  Filippin, Türkiyə və İrandan 782 film müsabiqəyə qoşulmaq üçün qeydiyyata alınıb. Hazırda komitə üzvləri filmlərlə tanış olur və araşdırır. 
 
Festival sentyabrın 5-də başlaycaq və 11-dək davam edəcək.  
 
Qeyd edək ki, son 5 ildə Beynəlxalq Müsəlman Film Festivalına qatılmaq istəyən ölkələrin sayı artııb və bu festivalın etibarının getdikcə artdığını göstərir. Belə ki, 2013-cü ildə  festival qatılmaq üçün dünyanın 30 ölkəsindən 300 film qatılmaq istəyirdisə, bu rəqəm 2015-ci ildə 53 ölkədən 600 filmə qalxmış və 2017-ci ildə isə artıq 61 ölkədən 782 filmə çatmışdır. /

Google+ WhatsApp ok.ru