Kazanda Quranın yeni nəşri təqdim olunub

Kazanda Quranın yeni nəşri təqdim olunub

 
Bu gün Kazanda Müqəddəs Qurani-Kərimin yeni nəşrinin təqdimatı keçirilir. Bu il iyul  ayının 29-da yeni tərtibatda hazırlanan Qurani-Kərim bu gün artıq təqdim olunub.
 
Maide.Az xəbər verir ki, bu layihə üzərində il yarımdan artıq vaxt sərf olunub. Bir qrup yerli və xarici mütəxəssislərin səyi ilə hazırlanan müqəddəs Quran tərtibatında və çapında ən yaxşı yerli və dünya təcrübəsindən istifadə edilib.
 
Bu nəşrin özəlliyi ondan ibarətdir ki,  nəşrdə qədimilik qorunub saxslanılıb. Oxuma rahatlığı, təcvisd qaydaları mətndə öz əksini tapıb.  
 
Qeyd edək ki, Quranın bir çox tarixi nəşri Kazanda reallaşdırılıb.
 
Qurani-kərimin yeni nəşri, ərəb dilini bilməyən insanların ehtiyacları üçün maksimum dərəcədə uyğunlaşdırılıb. (islamtoday) /

Google+ WhatsApp ok.ru