Kazanda İslam Peyğəmbərinə (s) həsr olunan sərgi təşkil olunub - FOTO

Bu gün Tatarıstanın Kazan şəhərində “Məhəmməd Peyğəmbər (s) türk xalqlarının ədəbiyyat və incəsənətində" adlı sərginin açılışı olub.
Maide.az-ın  Rusiya KİV-lərinə istinadən məlumaıtna görə, sərgi yerli vaxtla  bu gün saat 15:00-da  Kazanın İslam Mədəniyyəti muzeyində təşkil olunub.
Qeyd edək ki, bu İslam Mədəniyyəti muzeyində İslam Peyğəmbərinə (s) həsr olunan ilk sərgidir.  Bu sərgi türk-müsəlmanlar tərəfindən Məhəmməd  Peyğəmbər (s) şəxsiyyətinin əhəmiyyətini müxtəlif mərhələlərdə əks etdirmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, sərgi "Kazan - 2014-ci ildə türk dünyasının mədəniyyət paytaxtı" və "Rusiya Federasiyasında Mədəniyyət ili" proqramlarının çərçivəsi daxilində həyata keçirilir. //



 

Google+ WhatsApp ok.ru