Kazan məscidlərində Mövlud Ən-Nabi gecələri keçirilir

Kazan məscidlərində Mövlud Ən-Nabi gecələri keçirilir

 
Rəbiul-əvvəl ayının başlaması ilə Tatarıstan məscidlərində Həzrət Məhəmməd peyğəmbərin (s)  doğum günü münasibətilə müxtəlif tədbirlər keçirilir. 
 
Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mövlud münasibətilə keçirilən tədbirlərdə Müqəddəs Quranın ayələri, münacatlar oxunur və peyğəmbərə (s)  salavat göndərilir, peyğəmbərin (s) həyat və peyğəmbərlik fəaliyyətinin hekayəsi, habelə Allahın sevimlisinin böyük missiyası zamanı baş verən hadisələr və möcüzələr haqqında danışılır. 
 
Mövlud münasibətilə həmçinin müxtəlif  filmlər nümayiş olunur, video müsabiqə və viktorinalar təşkil edilir.
 
Xüsusilə, ənənəvi "KinoMövlud" - teatr və kino layihəsi icra olunur. 
 
Qeyd edək ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 

 

Google+ WhatsApp ok.ru