Kazimeyn (ə) hərəmi şəhadət mərasiminə hazırlaşır - VİDEO

Kazimeyn (ə) hərəmi şəhadət mərasiminə hazırlaşır - VİDEO

-- 12 Aprel – 25 Rəcəb – İmam Kazimin (ə) şəhadət günüdür

Şəhadət gününə bir gün qalmasına baxmayaraq ziyarətgahda sıxlıq müşayət olunur.
 
Maide.Az xəbər verir ki, 12 Aprel – 25 Rəcəb – İmam Kazimin (ə) şəhadətinin il dönümüdür.
 
İmam Kazim (ə) hicrətin 127 ci ilində Mədinədə düyaya gəlmişdir. İmam Kazim (ə) ömrünün böyük hissəsini zindanda keçirmiş və hicri 183 cü ildə Abbasi xəlifəsi Harun ər-Rəşidin əmri ilə zəhərlənərək şəhadətə qovuşmuşdur. İmamın (ə) mübarək məzarı İraqda Kazimeyn şəhərindədir.
 
Şəhadət gününə bir gün qalmasına baxmayaraq  ziyarətgahda sıxlıq müşayət olunur.
 
İraq polisi və Haşdu-Şabinin könüllülərdən ibarət qüvvələri zəvvarların təhlükəsizliyi üçün tədbirlər planı hazırlayıb.  
 
Qeyd edək ki, ötən il İmam Kazimin (ə) şəhadətinin ildönümündə  Kazimeynə 1 milyon 900 mindən artıq zəvvar ziyarət etmişdi. 

 

Google+ WhatsApp ok.ru