Kazimeyndə sıxlıq yarandı, 250 nəfər yaralandı

Kazimeyndə sıxlıq yarandı, 250 nəfər yaralandı

Ötən gün Kazimeyndə insan sıxlığına görə 1 nəfər həlak olub, 250 nəfər yaralanıb. 
 
Maide.info xəbər verir ki, Kazimeyndə zəvvarlar arasında intiharçı hücum ilə bağlı yayılmış şayiə 1 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnib. 
 
Belə ki, zəvvarlardan biri paltarının yaxasını dartaraq açmaq istəyən bir nəfəri gördükdən sonra onu intiharçı bilib və fəryad edərək insanlar arasında çaxnaşmaya səbəb olub. Hadisə yerindən qaçmaq istəyərkən sıxlıq yaranıb. Təhlükəsizlik qüvvələri zəvvarları heç bir intiharçının olmadığına inandıraraq sakitləşdirə bilib. 
 
Qeyd edək ki, ötən gün İmam Kazimin (ə) şəhdat günü idi və bildirilir ki, 2 milyona yaxın zəvvar o həzrətin hərəmini ziyarət edib. 
 
Bir neçə gün öncə Bağdadın qərbində Kazimeyn zəvvarlarını hədəfə almaq istəyən bir İŞİD-çi qrup ələ keçib və onların partlatmaq istədiyi bir minalanmış maşın da vaxtında aşkarlanaraq zərərsizləşdirilmişdi. /

Google+ WhatsApp ok.ru