Kazimeyn İmamlarının (ə) hərəmi qara bayraqlara büründü - FOTO

Kazimeyn İmamlarının (ə) hərəmi qara bayraqlara büründü - FOTO

1 Aprel – 25 Rəcəb – İmam Kazimin (ə) şəhadət günüdür

Əhli-Beytin (ə) yeddinci nuru İmam Museyi Kazimin (ə) müsibətli şəhadətinin növbəti ildönümünün yaxınlaşması münasibətilə İraqın Kazimeyn şəhərindəki həzrətin hərəmində matəm hazırlıqlarına başlanılıb.
 
Maide.Az xəbər verir ki,  İmam Museyi Kazim (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də (1 aprel) Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək, şəhadət məqamına yüksəlib.
 
İmam Museyi Kazimin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə Kazimeyn imamlarının (ə) hərəmlərinin bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına qara parçalara yazılmış dualar və şüarların yerləşdirilməsinə başlanılıb.
 
Hərəm rəhbərliyi zəvvarların bu matəm günlərində gəlişinin çoxalacağını nəzərə alaraq, geniş matəm tədbirlərinə hazırlıqlar görür.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru