Kazimi: ABŞ İraqın siyasi infrastrukturunu məhv edir

Kazimi: ABŞ İraqın siyasi infrastrukturunu məhv edir

İraqda hökumət qurmaqda məsul olunan Mustafa əl-Kazimi mətbuata verdiyi açıqlamada, "mən böhranların baş naziriyəm, ancaq qarşıdakı problemləri həll etmək üçün sehrli bir çubuğum yoxdur", deyib.

 
Maide.Az xəbər verie ki, Yeni kabinet üçün adların təyin olunduğunu bildirən Kazimi, bütün siyasi qruplardan siyasi böhranın öhdəsindən gəlmək üçün əməkdaşlıq etmələrini istəyib.
 
"ABŞ-ın İraqa hücumu ölkənin siyasi infrastrukturunu məhv etdi", deyə Kazimi bildirib.
 
ABŞ-ın İraqdakı hərbi mövcudluğu ilə bağlı ciddi müzakirələrə başlayacağını söyləyən Kazimi, İraqın mübahisələri həll edən bir sahəyə çevrilməməsi üçün əlindən gələni edəcəyini söyləyib.
 
Kazimi Bağdad hökumətinin İslam və ərəb ölkələri ilə əlaqələrinin ortaq maraqlar zəminində davam etməsinə inandığını qeyd edib.

Google+ WhatsApp ok.ru