Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır. ("Bəqərə" surəsi 27)

Həzrət Əli (ə) buyurur:
“Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”



KEÇMİŞ QÖVMLƏRİN TALEYİ KİMİ!

Tarix : 19-09-2017 15:51

Qurani-Kərimin “İbrahim” surəsinin 44-45-ci ayələrində buyurulur:
 
وَأَنْذِرِ النَّاسَ یوْمَ یأْتِیهِمُ الْعَذَابُ فَیقُولُ الَّذِینَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَى أَجَلٍ قَرِیبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ
 
“İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar “Ey Rəbbimiz! Bizə bir az möhlət ver ki, Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” – deyərlər. (Onda onlara deyilər:) Məgər bundan öncə heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildinizmi?!”
 
وَسَكَنْتُمْ فِی مَسَاكِنِ الَّذِینَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَینَ لَكُمْ كَیفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ
“Siz özlərinə zülm edənlərin mənzillərində də sakin oldunuz, onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı).”
 
İnsanlar ibtidai icma quruluşundan başlayaraq keşməkeşli dövranları sovuşmuşlar. Onların nemətlər müqabilində Allaha naşükürlüyü, bir-birinə qarşı zülmkarlıqları, istila və təcavüzkarlıqları və ömürlərini eyş-işrət və fəsadla keçirmələri, adətən, biz insanlar tərəfindən elə də ciddi araşdırılmır.
Lakin ilahi qanunauyğunluğa əsasən, əməllərin aqibəti zülmkar və qəddar qövmlərə qarşı laqeyd deyildir. Bəziləri qiyamətdən öncə, elə bu dünyada cəzalandırılırlar.
 
Qurani-Kərimin bəzi ayələrində onların cəza növlərindən söz açılır:
 
فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَیهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّیحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا...
 
“Biz onların hər birini öz günahı ilə yaxaladıq (hərəyə öz günahına görə cəza verdik). Onlardan bəzilərinin başına daş yağdırdıq, bəzilərini dəhşətli (tükürpədici) səs yaxaladı, bəzilərini yerə batırdıq, bəzilərini də suya qərq etdik.” (“Ənkəbut” surəsi, ayə 40.)
 
Bu ayədə üsyankar və günahkar qövmlərlə bağlı dörd cəza növü qeyd edilir:
1. bəzilərinin başına daş yağdırdıq;
2. bəzilərini dəhşətli səma səsi ilə məhv etdik;
3. bəzilərini yerə batırdıq;
4. bəzilərini suda qərq etdik.
 
Keçmiş qövmlərin başına gələn bəlalar sonrakı nəsillər üçün ibrət dərsidir. Onlar açıq göz və qulaqla belə tarixi sərgüzəştlərə nəzər salmalı, fəsad və çirkinliklərdən çəkinməlidirlər. Amma təəssüf ki, fitnə-fəsada batan xalqların əksəriyyəti bunlara laqeyd yanaşmışlar. Lakin hər zaman ilahi əzabla yaxalandıqda, müvəqqəti peşman olmuş, raz-niyaz edərək Allahdan möhlət istəmişlər. Qurani-Kərimdə buyurulur:
 
وَأَنْذِرِ النَّاسَ یوْمَ یأْتِیهِمُ الْعَذَابُ فَیقُولُ الَّذِینَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَى أَجَلٍ قَرِیبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ...
 
“İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar “Ey Rəbbimiz, bizə bir az möhlət ver ki, Sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq!” – deyərlər.”
 
Bu zaman onlara iki cavab verilər:
1. أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ – Məgər bundan öncə sizə heç bir yoxluq və zavalın dəyməyəcəyinə and içən siz deyildinizmi?!
2. وَسَكَنْتُمْ فِی مَسَاكِنِ الَّذِینَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَینَ لَكُمْ كَیفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ – Əksinə, siz özlərinə zülm edənlərin mənzillərində sakin oldunuz, onların başlarına nələr gətirdiyimiz də sizə bəlli oldu, üstəlik sizin üçün ibrətamiz məsəllər də çəkdik. Amma bütün bunların sizə heç bir təsiri olmadı və ibrət dərsi almadınız.
 
Bu iki tutarlı cavaba əsasən, Allah-Taala sonrakı qövmlərin halını ilahi əzabı görən, möhlət istədikdə mənfi cavab eşidən və nəhayət, məhv olan keçmiş qövmlərin halına təşbeh edir. Onlar da qüdrət və hakimiyyətdə olduqları zaman fəsad törədər, əzab göndərildikdə möhlət istəyər, lakin müsbət cavab eşitməzlər.
 
Burada sual yaranır ki, nə üçün mehriban Allah onların islahı və hidayəti üçün möhlət vermirmiş?
Cavab aydındır. Təqvalılar və əməlisalehlər sırasına keçmək üçün bu sayaq peşmançılıq və möhlət müvəqqətidir. Çünki şərait dəyişildikdə və əzab rəhmətə çevrildikdə, günahkar insanlar ilahi tapşırıqları unudaraq keçmiş həyata qayıdırlar. Hətta onlar axirətdə də bu sayaq möhlət, başqa sözlə, dünyaya qayıdış istəyərlər.
 
Lakin Qurani-Kərimdə buyurulduğu kimi, günahkar zümrə dünya həyatına qayıtsa da, çirkin işlərindən əl çəkməyəcək. “Ənam” surəsinin 28-ci ayəsində belə buyurulur:
...وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
“...Əgər geri qaytarılsaydılar, yenə də qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz, yalançıdırlar!”
 
(“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, səh.96-98.)
Rza Şükürlü (Maide.az)


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.