Keçən il istehsalatda bədbəxt hadisə nəticəsində 90 nəfər həyatını itirib 29 Yanvar 2015 02:00 Ölkə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş ongünlüyü" çərçivəsində seminar-müşavirə keçirilib "Keçən il istehsalatda 225 bədbəxt hadisə baş verib, 90 nəfər həyatını itirib, 183 nəfər xəsarət alıb". Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş ongünlüyü" çərçivəsində seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə söyləyib. F. Əlizadə deyib ki, bu kimi halları aradan qaldırmaq üçün ilk növbədə əmək müqaviləsi bağlanılmalı, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmalı, icbari sığorta təmin olunmalıdır: "Hər hansı işçi xəsarət alırsa, həyatını itirirsə, heç olmasa sığorta haqqı almalıdır. Artıq 3 sığorta şirkəti vasitəsi ilə Azərbaycanda işçilərin 68 faizi icbari sığorta ilə əhatə olunub. Biz bu ilin 6 ayı ərzində bütünlüklə sığorta bazarının əhatə olunmasına çalışacağıq". apa / Teqlər : #Keçən il istehsalatda bədbəxt hadisə nəticəsində 90 nəfər həyatını itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın tanınmış politoloqu Zəfər Quliyev vəfat etdi Orta məktəblərdə buraxılış imtahanları iyunun 7-nə qədər yekunlaşacaq