Keçilərlə bağlı maraqlı araşdırma - Gülərüz insanlara daha yaxın olurlar

Keçilərlə bağlı maraqlı araşdırma - Gülərüz insanlara daha yaxın olurlar

İngiltərədə Quin Meri Universitetinin mütəxəssisləri Kent şəhərindəki bir fermada keçilər üzərində araşdırma aparıblar.
 
Maide.Az BBC-yə istinadən xəbər verir ki, araşdırmaçılar eyni adamın gülərüz və hirsli olan iki fotosunu ayrı-ayrılıqda divara asıblar.
 
Keçilər gülərüz fotoya daha yaxın dayanaraq bir müddət ona baxıblar. Hətta fotonu iynəyərək gülərüz adamın üzünə daha da yaxınlaşıblar.
 
Daha sonra fotoların yeri dəyişdirilib. Lakin keçilər yenə də adamın gülərüz oduğu fotosuna doğru gediblər.
 
Mütəxəssislər bunun keçilərin məlumatı sezmək üçün beyinlərinin sadəcə bir hissəsini istifadə etdikləri ilə əlaqəələndiriblər. Bu, bir çox heyvanda da belədir.
 
Beyinin sol yarımkürəsinin sadəcə müsbət duyğuları dəyərləndirməsi və ya sağ yarımkürəsinin əsəbi simalardan uzaq olmaq istəməsi və.s ehtimallar da səbəblər arasında göstərilir.

Google+ WhatsApp ok.ru