Keçilməz yollarımız (FOTO)

Cəlilabad rayonunda son bir ildə kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar olaraq mərkəzsi küçələrin qazılması yoları bərbad hala salıb. 

Artıq işlərin yekulnlşdığı küçələrdə yoların təmir olunmaması ərazilərdə gölməçələrin və bataqlığın yaranmasına səbəb olub.

Nəzər alsaq ki, son günlər havaların son dərəcə yağmurlu keçir, onda buradakı vəziyyətin nə həddə olduğunu təsəvvür etmək heç də çətin deyil. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə nəinki texnika girə bilmir, heç sakinlər evlərindən küçəyə çıxa bilmirlər.

Yerli sakinlərin verdiyi məlumata görə, bir neçə gün əvvəl ağır qəza keçirmiş şəxsə tibbi yardım göstəmək üçün çağrılmış təcili yardım avtomobili əraziyə girə bilmədiyi üçün yarıyoldan qayıdıb.

Palçığa qərq olan küçə sakinləri dəfələrlə işi aparan posratçı şirkətin Cəlilabad rayonundakı nümayəndəliyinə müraciət etsələr də, şikayətlərə baxılmayıb.

Qeyd edək ki, kanalizasiya sistemini çəkən şirkətin götürdüyü öhdəliyə görə, işlərin yekunlaşdığı ərazidə yolları da nisbətən təmir edib təhvil verməlidirlər.









Google+ WhatsApp ok.ru