Kembric Came məscidi  ilin ən yaxşı 10 memarlıq abidəsindən 5-cisi olub

Kembric Came məscidi ilin ən yaxşı 10 memarlıq abidəsindən 5-cisi olub

"The Guardian"  qəzeti 2019-cu ilin ən yaxşı 10 memarlıq abidəsinin siyahısını dərc edib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Kembric Came məscidinin memarlığı 2019-cu ilin ən yaxşı 10 memarlıq abidəsindən 5-cisi olub. 
 
Qəzetin yazdığına görə, məscidin girişində yüksələn və sarmaşıq kimi əyri budaqlar meydana gətirən sütun var. Məscid İngiltərədəki ən heyrətamiz binalardan biridir.
 
İslam dizaynları və bənzərsiz bəzəkləri ilə seçilən bu məscidin yaradıcı dizaynı tamaşaçıları  valeh edir. Məscid damının dizaynında İslam həndəsə mütəxəssislərindən məsləhət alınıb. 
 
 
 

Google+ WhatsApp ok.ru