Kembricdə 2 min nəfərlik məscid açıqlacaq

Kembricdə 2 min nəfərlik məscid açıqlacaq

Kembric Universitetinin şəhərciyində yaxın gələcəkdə məscid istifadəyə veriləcək.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, məscidin binası xeyriyyə fondlarının maddi dəstəyilə inşa olunur. Məscidin 2018-ci ilin noyabr ayında istifadəyə veriləcəyi qeyd olunub.
 
Kembricdəki müsəlmanlara aid olan ibadətgah Avropada ilk ekoloji məscid olacaq. Məsciddə eyni vaxtda 2 min nəfərin namaz qıla biləcəyi bildirilir.
 
Bundan başqa məscid kompleksində toplantılar üçün konfrans zalının da inşası planlaşdırılır.
 

Google+ WhatsApp ok.ru