Kerri: Suriyada hakimiyyətin dəyişməsinə cəhd etmirik

ABŞ və tərəfdaşlarının bu gün Suriyada hakimiyyəti dəyişmək niyyəti yoxdur. Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib: "Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik”.
 
O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.  

Google+ WhatsApp ok.ru