Kerri: Suriyanın bölünməz və dünyəvi dövlət olaraq qalmasının tərəfdarıyıq

Maide.az-ın məlumatına görə, ABŞ dövlət katibi Con Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Suriyanın vahid və bölünməz qalmasının vacibliyi  məsələsində  Moskva və Vaşinqton eyni fikirdədir: “Hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Prosesdə məqsədləri də anlayırıq - İŞİD-in, “Ən-Nusrə”nin və digər terrorçu qruplaşmaların  məhv edilməlidir. Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının  tərəfdarıyıq”. 

Google+ WhatsApp ok.ru