Kerri Cavad Zərif ilə görüşmək üçün Cenevrəyə gedib

Amerika Xarici İşlər naziri İran ilə nüvə danışıqları davam etdirmək üçün Cenevrəyə gedib.
 
Maide.az xəbər verir ki, Amerika Xarici İşlər naziri Con Kerri dünən İran İslam Respublikası Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşmək və İran nüvə məsələsi ilə bağlı danışıqları təqib etmək üçün Cenevrəyə gedib.
 
Bildirilir ki, İran ilə 5+1 qrupu arasındakı nüvə danışıqları İran və Amerikanın iki yüksək səviyyəli rəsmisinin iştirakı ilə qarşıdakı üç gün ərzində baş verəcək.
 
 İran nüvə görüş nümayəndə heyəti də yeni tur danışıqlarda iştirak etmək üçün bu gün Cenevrəyə gedəcək.
 
 İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif əvvəlcə 28-ci BMT İnsan Haqları iclasında çıxış edəcək və daha sonra digər bəzi ölkələrin rəsmiləri ilə görüşlər keçirəcək.

Google+ WhatsApp ok.ru