Kerridən Qəzza ilə əlaqədar yeni oyun!

Amerika xarici işlər naziri Con Kerri terror rejimi İsrail ilə Fələstin avtonom rəhbərliyi arasında yeni bir razılıq yolu axtararkən, bu istiqamətdə sözdə "Qəzzanın təmiri" konfransının tərəflər arasında əhəmiyyətli bir fürsət olacağını iddia edib.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin Qəzzanı yerlə bir edən hücumlarına tam və açıq şəkildə bir dəstək verən Amerikanın indi Qəzzanın təmirini bəhanə edərək irqçi İsrailin mənfəətlərini hesaba qataraq şərh verən Kerri Qəzzanın təmiri üçün keçiriləcək yardım konfransına amerikalı diplomatların da qatılacağını bildirib. Kerrinin də qatılacağı bildirilən konfransın kulisində Fələstin rəhbəri Mahmud Abbas ilə sionist İsrail rejiminin yeni bir razılaşma əldə edilməsinə cəhdlərin olacağı bildirilir. 
 
Qeyd edək ki, İsrail rejiminin Qəzzaya 51 gün boyunca təşkil etdiyi son müharibədə ən azı 5000 fələstinli  şəhid oldu, 11 insan yaralandı və Qəzza xarabazarlığa çevrildi.

Google+ WhatsApp ok.ru