Kerridən həmkarı Sergey Lavrova: `Obamaya fikir vermə`

Rusiya Yaxın Şərqdəki təhdidləri fərqli bir şəkildə Birləşmiş Millətlərin gündəminə çıxarır. Rusiya xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki təhdidlərin geniş təhlilinin aparılmasını BMT-yə təklif etdiklərini açıqlayıb. Lavrov məsələyə dair açıqlamasında Ukraynaya görə Qərb ölkələri ilə münasibətlərin gərginləşdiyini, bu səbəbdən istiqamətlərini Asiya, Afrika və Yaxın Şərq ölkələrinə çevirdiklərini və bu ölkələrlə daha çox əməkdaşlıq edəcəklərini qeyd edib.
 
Maide.az xəbər verir ki, İraq, Suriya və bölgədəki digər ölkələrə, separatizmlə mübarizə məqsədilə yardıma davam edəcəklərini vurğulayan Lavrov, bu çərçivədə qeyri-sabitliyin qarşısının alınması üçün kollektiv bir strategiya müəyyən olunmasının əhəmiyyətindən bəhs edərək, "BMT Təhlükəsizlik Şurasının koordinasiyasında Fələsitin-İsrail toqquşması da daxil olmaqla, Yaxın Şərqdəki təhdidlərin geniş təhlilinin aparılmasını təklif edirik", - deyib. 
 
Sergey Lavrov ABŞ Dövlət Katibi Con Kerri ilə görüşündə ABŞ prezidenti Barak Obamanın Rusiyanı İŞİD terror təşkilatı və Ebola virusu ilə eyniləşdirdiyini göstərən açıqlamalarını nəzərə almamağı söylədiyini bildirdi. Rusiya parlamentində danışan Lavrov belə söyləyib: "Kerri ilə görüşümüzdə ABŞ prezidenti Barak Obamanın Rusiyanı təhdid kimi göstərdiyi açıqlamalarının nə mənaya gəldiyini soruşdum. Mənə "ona fikir vermə", - dedi"

Google+ WhatsApp ok.ru