Kerridən daha bir etiraf: `Əsədi müzakirəyə məcbur etmək üçün İŞİD-in güclənməsini seyr etdik`

Kerridən daha bir etiraf: `Əsədi müzakirəyə məcbur etmək üçün İŞİD-in güclənməsini seyr etdik`

ABŞ-ın dövlət Katibi Con Kerrinin "Suriya müxalifləri" ilə etdiyi toplantının səs yazısı tam şəkildə ictimaiyyətə açıqlanıb.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, bu səs qeydlərinin bir hissəsi, 2016-cı ilin sentyabr ayında Nyu York Tayms tərəfindən dərc olunmuşdu. Oktyabr ayında da, CNN səs yazısını əvvəl yaymış, sonra "iştirakçıların təhlükəsizliyini" əsas göstərərək, səs qeydlərini silmişdi.
 
Ancaq Wikileaks saytı Kerri ilə "müxaliflərin", BMT-dəki Hollandiya Korpusunda keçirdikləri iclasın 37 dəqiqəlik səs qeydini yayıb. Kerri bu iclasda Suriyaya hərbi müdaxilə etməsi üçün Obamanı məcbur etdiyini, ancaq uğursuz olduğunu deyir.
 
Ən mühüm isə, Kerri İŞİD-in böyüyüb güclənməsinə kənardan müşahidə etdiklərini deyərək, bunu Bəşər Əsədi müzakirəyə məcbur etmək üçün etdiklərini etiraf edir.
 

Google+ WhatsApp ok.ru