Kerri Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin  və ABŞ Dövlət katibi Con Kerri Moskvada görüşüb Suriyada əldə olunan nailiyyətləri iki ölkənin əməkdaşlığı nəticəsində əldə olunduğunu vurğulayıblar. 
 
Maide.az xəbər verir ki,  Con Kerri Putinlə görüşündə deyib ki, ABŞ Suriya ilə bağlı Cenevrə danışıqlarında irəliləyişə və bu ölkədə siyasi keçid prosesinə başlanmasına ümidlə yanaşır.
 
 
Rusiya prezidenti Vladimir Putin ümid edir ki, ABŞ Dövlət katibi Con Kerrinin Moskvaya səfəri Suriya və Ukrayna münaqişəsinə görə iki ölkə arasındakı fikir ayrılıqlarının yoluna qoyulmasına kömək edəcək.
 
O Kerri ilə görüşün başlanğıcında son vaxtlar Suriya münaqişəsi ilə bağlı iki ölkə arasında bir sıra irəliləyişlər olduğunu vurğulayıb.
 
Con Keri həmçinin bundan əvvəl rusiyalı həmkarı Sergei Lavrovla görüşüb.
 
Görüşdə Suriya və Ukrayna böhranı müzakirə edilib.
 
Keri görüşün səmərəli olduğunu deyib./
 

 

Google+ WhatsApp ok.ru