Kerri və Lavrov Qarabağı müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti dəfə telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı zamanı Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
 
Rusiya XİN-in məlumatında, həmçinin bildirilib ki, danışıq zamanı bir sıra aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və hazırki mərhələdə Minsk qrupunun mümkün addımları müzakirə olunub.
 

Google+ WhatsApp ok.ru