Kerri Yəməndə toqquşan tərəflər arasında müzakirələrin başlanmasını istədi

ABŞ dövlət katibi Con Kerri Yəmən Ənsarullahı və müttəfiqlərindən Yəmən böhranına son qoymaq üçün bu ölkədə milli vəhdət hökumətinin təşkili istiqamətində həll yolu olaraq sülh müzakirələrinə başlanmasını istəyib.
 
Maide.az-ın məlumatına görə, Con Kerri Səudiyyə Ərəbistanı rejiminin Yəmənə hərbi təcavüzünə toxunmadan iddia edib ki, Ərəbistan müzakirələrin bir tərəfi olaraq bu danışıqlara doğru addım atmışdır. Husilər də özlərini hazırlamalı və müzakirələrin ikitərəfli yoluna doğru addım atmalıdırlar. 
 
Bütün bunlara baxmayaraq, Ərəbistan hələ də öz bombardmanlarını davam etdirir və son günlərdə çoxlu hava hücumlarında Yəmənin bir çox yaşayış massivləri bombalanıb. Nəticədə çoxlu sayda yəmənli həlak olub və yaralanəb.

Google+ WhatsApp ok.ru