Keçmiş Sovet ölkələrindən biri 2 sosial şəbəkəyə girişi qadağan etdi

Keçmiş Sovet ölkələrindən biri 2 sosial şəbəkəyə girişi qadağan etdi

Ukrayna Rusiyaya aid “Vkontakte”, “Odnoklasniki” sosial şəbəkələri və “Mail.ru” resursuna girişi qadağan edib.
 
Bu haqda “Milli Təhlükəsizlik və Müdafiə Şurasının” (MTMŞ) bu gün ölkə Prezidenti Pyotr Poroşenko tərəfindən təsdiqlənmiş qərarında deyilir.
 
Prezidentin saytında yerləşdirilmiş MTMŞ-in qərarının əlavəsində deyilir ki, sanksiyalar 3 il müddətinə tətbiq edilib.
 
Qeyd edək ki, Ukrayna Prezidenti bu gün MTMŞ-in barələrində sanksiyalar qəbul edilən Rusiya Federasiyasının fiziki və hüquqi şəxslərinin siyahısı haqda qərarı qüvvəyə mindirib. Həmçinin bununla sanskiyaların qüvvədə olmas müddəti uzadılıb.(islamazeri) 
 

Google+ WhatsApp ok.ru