KFC müsəlman müştərilərinə salfetlər verilməsindən imtina edib

Kentucky Fried Chicken (KFC) filialları müsəlmanlara təhqir olar deyə, ehtiyatlandığından, tərkibində spirt olan salfetləri verməkdən imtina edib, müsəlman liderləri isə bu addımdan çaşqınlıq hissi keçiriblər.
 
Maide.az-ın məlumatına görə, bu anlaşılmazlıq Britaniyanın Lester şəhərində KFC-nin halal filialında baş verib.
 
Personal bildirib ki, onlar müsəlmanlara tərkibində spirt olduğu üçün salfetləri vermirlər. Alternativ olaraq tərkibində limon suyu olan salfetlər sifariş edilib, lakin spirtli salfetlər onlardan öncə istifadəyə qaytarılıb. 
 
Oksford İslam İnformasiya Mərkəzinin direktoru Cövşən Rəmzi məsələylə bağlı münasibətini belə açıqlayıb: "Onlar qarışqadan fil düzəldiblər. Müsəlmanlar spirtdən tibbdə və gigiyenada əsrlər boyu istifadə ediblər. Burda İslama ziddi heç bir şey yoxdur."
 
Bu açıqlamadan sonra şirkət müştərilərdən üzr istəyib və bildirib ki, filialda salfetlərin verilməsi bərpa olunub. 
 
Qeyd edək ki, KFC-nin Azərbaycanda da restoranlar şəbəkəsi var.

Google+ WhatsApp ok.ru