Köhnə taksilərin fəaliyyətinə son qoyulur - VİDEO 24 Sentyabr 2016 01:00 Ölkə Paytaxt Bakıda hələ də standartlara cavab verməyən avtomobillərin taksi kimi fəaliyyət göstərdiyinə rast gəlinir. Üstəlik həmin avtomobillər yeni avtomobillərlə eyni qiymətə sərnişinlərə xidmət edir. Ancaq oktyabr ayının sonundan etibarən Bakıda buraxılış ili 10 ildən yuxarı olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Taksi sürücüləri isə avtomobillərinin köhnə olmasını belə izah edirlər: “İimkan olsa, mən də istəyərəm lüks avtomobilim olsun və sərnişinə xidmət göstərim”. Digər sürücü isə fərqli düşünür: “Təzəsi də var, köhnəsi də. Biz heç kimi məcbur etmirik ki, gəl bizim maşına min. Təzəyə minmək istəyən təzəyə minər, istəməyən bizim masına minər“. Məsələ ilə bağlı Bakı nəqliyyat agentliyindən isə bildirildi ki, oktyabr ayının sonunda taksilərlə bağlı yeni standartların tətbiqinə başlanılacaq. Teqlər : #Köhnə taksilərin fəaliyyətinə son qoyulur VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücülər üçün VACİB XƏBƏR - Mobil telefonda anti-radar - VİDEO Xəzərdə zəlzələ olub