İki “hicab məhbusu` azadlığa buraxılıb

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
 
APA-nın məlumatına görə, prezidentin əfv sərəncamı həmin müəssisədə cəza çəkən 4 nəfərə şamil olunub.
 
Əfv olunanlardan Qasımlı Anar və Ramil Vəliyev “hicab məhbusları"dır.
 
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə edəndən indiyədək 59 əfv sərəncamı imzalanıb, nəticədə 6126 nəfər təyin olunan cəzalardan azad olunub. Sonuncu əfv sərəncamı 101 nəfərə şamil olunub. Onlardan 90 nəfər Penitensiar Xidmətin müəssisələrində cəza çəkməkdən, 11 nəfər isə şərti və digər cəza növlərindən azad olunub.

Google+ WhatsApp ok.ru