İki ay ərzində Kobanidə gedən döyüşlərdə 1,2 min nəfər həlak olub

Suriya şəhəri Kobanidə gedən döyüşlərdə son iki ayda 1,2 minə yaxın insan həlak olub.

Maide.az-ın məlumatına görə, bu sayı region müşahidəçiləri bildirir.

Məlumata görə ölənlərin əksəriyyəti İŞİD qruplaşmasının döyüşçüləridir. 16 sentyabr tarixindən bu günədək ərazidə 700-dən artıq döyüşçü məhv edilib. 

Onlara qarşı sərt müqaviməti kürd özünümüdafiə qüvvələri göstərir. Kürdlərin itkiləri 400 nəfərə yaxın olduğu bildirilir.  ABŞ və beynəlxalq koalisiyanın endirdiyi zərbələr terrorçuları zəiflətməyi  hələki başarmayıblar.

Son bir neçə gün ərzində Kobani rayonunda İŞİD dəstələrinə Rəqqa və Hələb mühafazasından yardım göndərilib, bu da onlara şəhərin mərkəzinə yenidən hücum etməyə imkan verib. //

 

Google+ WhatsApp ok.ru