İki gün öncə Bakı sakinini bıçaqlayan qadın tutulub

İki gün öncə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb.
 
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 15-də saat 23:50 radələrində, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İlham Abbasova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Yelena Aleksandrovna Bobrova tutulub.

Google+ WhatsApp ok.ru