İki hicab məhbusu azadlığa çıxdı

Maide.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb.
Əfv sərəncamında iki islamçı məhbusun da adı qeyd edilib. Həmin məhbuslar sabah sərəncamın icrası ilə azadlığa çıxacaqlar. Xatırladaq ki, azadlığa qovuşacaq iki islamçı məhbus 1986-cı ildə anadan olmuş, Qasımlı Anar Əsgər oğlu və  1986-cı ildə anadan olmuş Vəliyev Ramil Rəhim oğludur.
Qeyd edək ki, Anar Qasımlı Nərimanov rayon məhkəməsinin 2013-cü il 22 aprel tarixli hökmü ilə 5 il 6 ay, Ramil Vəliyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Azadlığa çıxan hicab məhbusları  5 oktyabr 2012-cü il tarixində Təhsil Nazirliyi qarşısında keçirilən üçüncü  "Hicaba azadlıq" aksiyasında iştirak etdiklərinə görə həbs olunmuşdular. /

Google+ WhatsApp ok.ru